Ermənistan əhalisinin ABŞ-a köç dalğası genişlənir – Etiraz aksiyaları başlayır

2022/01/666-1642761154.jpg
Oxunub: 952     14:33     21 Yanvar 2022    
““Green card” ilə bağlı soydaşlarımızın ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirdiləri barədə bəzi müzakirələrə baxdım”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Suren Sarkisyan yazıb.

Onun sözlərinə görə, 2019-cu ildə 160965 Ermənistan vətəndaşı “green card” qazanmaq üçün müraciət edib.

Sarkisyan vurğulayıb ki, bu 160965 nəfərdən 68309-u müraciətçidir, 92.655 nəfəri qarşılıqlı əlaqəli olan şəxsdir.

Qeyd edək ki, “Green card” qazanmamış ermənistanlılardan bir neçəsi ABŞ-ın bu ölkədəki səfirliyinin yaxınlığında etiraz aksiyası həyata keçirib.

Erməni siyasi-ictimai xadim Naira Zöhrabyan “Facebook” səhifəsində buna toxunaraq yazıb: “Onlar (etirazçılar – red.) övladları üçün parlaq gələcək tələb edirlər. Bu gün kommunist hərbi xadim İsakovun heykəlinin yanında bir qrup soydaşımız toplaşıb və öz övladları üçün parlaq gələcək tələb edib. Yeri gəlmişkən, ötən il “Green card” qazanmaq üçün 160965 Ermənistan vətəndaşı müraciət edib, onlardan 683090-u müracitçidir, 92655-i isə qarşılıqlı əlaqəli olan şəxsdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Köç  


Bizi "telegram"da izləyin