ASALA-dan daha bir bəyanat| Erməni terrorçular bölgəni xaosa sürükləyə bilər

2022/01/asala-1642747996.jpg
Oxunub: 739     13:50     21 Yanvar 2022    
Erməni terror təşkilatı olan ASALA yaradılmasının 74 illiyi ilə əlaqədar bəyanatla çıxış edib

Ordu.az xəbər verir ki, bəyanatda deyilir:

“Erməni xalqının Ermənistan və başqa ölkələrdə yaşayan hissələri ən yeni tarixlərinin ən qeyri-müəyyən və ən çətin dövrünü yaşayır. 44 günlük Qarabağ müharibəsində ağır məğlubiyyət nəticəsində meydana gələn dəhşətli insan və ərazi itkilərinə Ermənistanın dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü problemləri, gündən-günə dərinləşən geniş milli ümidsizlik, laqyedlik, məyusluq və millətin kollektiv gələcəyinə qarşı inamın itirilməsi əlavə olunur. Müharibə və döyüşlərdə təbii ki, həm qalib gələnlər, həm məğlub olanlar, həm fəth edənlər, həm də fəth edilənlər olacaq. 44 günlük müharibənin fəlakətli nəticəsində rol oynamış geosiyasi amil və hallardan, xüsusilə Ermənistanın hazırkı hakimiyyətinin müharibə zamanı etdiyi dəhşətli geosiyasi səhvlərdən və məğlubiyyət haqqında mövcud olan əsaslı şübhələrdən asılı olmayaraq, müharibənin nəticəsi erməni fərdi və cəmiyyətinin əhəmiyyətli bir hissəsinin milli dəyərlərindən və baxışında yadlaşmaq və dövlətçilik qurulması işindən xəbərsiz olmaq səbəbindən qismən müəyyənləşmişdi. Ələ keçirilmiş (azad edilmiş – red.) torpaqların geri qaytarılması şöləsini uca və parlaq saxlamağa davam edəcəyik”.

Qeyd edək ki, ASALA-nın keçmişdə törətdiyi terror aktları, ermənilərin çətinə düşən kimi mübarizənin əsas vasitəsi olaraq terrora əl atmaq tarixi də bu bəyanatın ciddiyə alınmasını zəruri edir.

ASALA keçmişdə olduğu kimi yenə müxtəlif ölkələrdə türk səfirliklərini hədəfə ala bilər: bu, Bakrı-İrəvan, Ankara-İrəvan xəttində normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır və bəyanatda da yaranmış yeni reallığa qarşı olduqlarını açıq mətnlə vurğulayırlar; eyni hücumların Azərbaycan səfirliklərinə edilməsi də mümkündür;

Terror hücumlarının Qarabağda da edilməsi istisna deyil: Şuşada ordumuzun postuna qumbara atılması, terror aktını törədən Norayr Mirzoyana maliyyə yardımlarının edilməsi hələ o vaxtdan bu məsələni aktuallaşdırmışdı; ASALA bölgədəki radikal erməniləri terror fəaliyyətinə cəlb edə bilər; və bu, bölgədə Bakının idarəçiliyinin bərpa edilməsinə qarşı olan, bunun üçün azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkün olmadığını isbat etmək istəyən tərəflərin də marağındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASALA   Terror   Bəyanat  


Bizi "telegram"da izləyin