BMT baş katibi Rusiya və Ukrayna arasında eskalasiyadan narahatdır

2021/09/anton-1632246498.jpg
Oxunub: 535     12:43     21 Yanvar 2022    
BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna arasında eskalasiyadan narahatdır.

Ordu.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

"Quterreş tərəfləri dialoqa çağırmaqda davam edir”, - Dujarrik vurğulayıb.

Sözçü əlavə edib ki, Quterreş yanvarın 21-də Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüşün gərginliyi azaldacağına ümid edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin