“Azərbaycanın alacağı JF-17 qırıcıları Ermənistana qarşı üstünlük əldə etməyə imkan verəcək” – ORYX

2018/04/45654_1524297473.jpg
Oxunub: 3794     14:21     17 Yanvar 2022    
Ermənistanın Rusiyadan 4 ədəd Su-30SM qırıcısı alması sirr olaraq qalır, çünki bu təyyarələr Azərbaycana qarşı keyfiyyət və kəmiyyət üstünlüyünü reallaşdırmağa imkan vermir.

Ordu.az xəbər verir ki, bu barədə “Oryx” nəşri yazıb.

Nəşrdə Ermənistanın Su-30SM qırıcıları “ağ fillər” adlandırılır.

“4 Su-30SM yəqin ki, Qarabağ hava məkanında pilotları Türkiyə Hərbi Hava Qüvvələri ilə təlimlərdə hazırlanmış 11 MiQ-29 Azərbaycan təyyarəsinə qarşı mübarizə aparmaq üçün kifayət deyil”, - deyə müəllif qeyd edib.

Bildirilib ki, İrəvanın Moskvadan 4 deyil, 12 ədəd Su-30SM alması böyük maliyyə resursları tələb edəcək və bu, ölkənin kiçik büdcəsinə ağır yük olacaq.

“Buna cavab olaraq, Azərbaycan Pakistandan 24 JF-17 təyyarəsi ala bilər ki, bu da Ermənistana qarşı kəmiyyət baxımından üstünlük əldə etməyə imkan verəcək”, - deyə “Oryx” nəşri yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   JF-17  


Bizi "telegram"da izləyin