Keçmiş erməni döyüşçü: “Hüquq-mühafizə orqanlarımız ölkənin bütün rəhbərlərinin güzgüsüdür”

2022/01/00-44-1642403114.jpg
Oxunub: 854     14:32     22 Yanvar 2022    
Keçmiş erməni döyüşçü, qondarma qurumun “nümayəndə”si Vahan Badasyan məhkəmədə bildirib ki, müstəntiq cinayət işinin ibtidai istintaqı zamanı ona psixoloji təzyiq göstərib.

Ordu.az xəbər verir ki, o, məhkəmə prosesində Nikolun həyasızlığının göründüyünü bildirib.

“Bu, hüquq-mühafizə orqanlarında da özünü göstərir. Bunlar Levon, Robert, Serj zamanlarından gəlmiş hüquq mühafizəçiləridirlər, bu gün Nikol şeytani bir şey edir, bu, hüquq-mühafizə orqanlarının hərəkətlərində əks olunur”, - deyə Badasyan qeyd edib.

Keçmiş erməni döyüşçü vurğulayıb ki, Ermənistanın hüquq-mühafizə orqanları ölkənin bütün rəhbərlərinin güzgüsüdür.

“Məni 301-ci maddə ilə mühakimə edirlər, bu, Robert Köçəryana qarşı tətbiq olunan konstitusiya quruluşunu devirmək, hakimiyyəti zorla ələ keçirmək maddəsidir”, - deyə o bildirib.

Xatırladaq ki, Vahan Badasyan Ermənistan Cinayət Məcəlləsinin 301-ci (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa və ya konstitusiya quruluşunu zorla devirməyə yönəlmiş açıq çağırışlar) maddəsi ilə ittiham olunur. O, 2021-ci il yanvarın 28-də Yerablurda jurnalistlərə müsahibəsində Baş nazir Nikol Paşinyanı hədələdikdən sonra ittiham edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin