Suriya-İordaniya sərhədində atışma olub, ölən və yaralananlar var

2022/01/000_J-1642357259.jpg
Oxunub: 684     20:24     16 Yanvar 2022    
Suriyanın İordaniya ilə sərhəddə qaçaqmalçılarla atışma olub.

Ordu.az xəbər verir ki, bu barədə İordaniyanın PETRA xəbər agentliyi məlumat yayıb.

Atışma sərhədin şimal-şərq hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir iordaniyalı zabit həlak olub, daha üç əsgər isə yaralanıb.

Qaçaqmalçılar toqquşma yerində xeyli narkotik maddə qoyaraq Suriyaya qaçıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İordaniya  


Bizi "telegram"da izləyin