Blinken və Borrell Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda görüləcək tədbirləri müzakirə ediblər

2022/01/8-1642319533.jpg
Oxunub: 612     23:14     15 Yanvar 2022    
ABŞ Dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell şənbə günü telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ diplomatiyasının rəhbəri Rusiyanın təcavüzü halında ciddi tədbirlər görüləcəyi barədə fikri təsdiqləyib.

“Tərəflər Ukraynada və onun ətrafında davam edən vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər. Bununla bağlı Rusiya ordusuna cavab olaraq NATO müttəfiqləri və avropalı tərəfdaşları ilə yaxın koordinasiyanın əlaqəli şəkildə qurulmasını müzakirə ediblər. Blinken Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün sürətli və ciddi nəticələrə gətirib çıxaracağını təsdiqləyib”, - deyə məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin