İsveç Qotland adasına xüsusi təyinatlı dəstə göndərib

2022/01/28838-1642272392.jpg
Oxunub: 691     20:45     15 Yanvar 2022    
İsveç Silahlı Qüvvələri Norbotten vilayətində yerləşən xüsusi təyinatlı dəstəni Qotland adasına göndərib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunub.

Hərbçilərin bir qismi İsveçin də daxil olduğu “Heavy Airlift Wing” beynəlxalq nəqliyyat təşkilatının “C-17” təyyarəsi ilə, bir qismi isə paromla aparılıb.

Məlumatda bu addım İsveçin Rusiya ilə Ukrayna arasında münasibətlərin kəskinləşməsinə reaksiyası adlandırılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Qotland  


Bizi "telegram"da izləyin