Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri Davit Tonoyanın vəkil qrupunun yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, vəkil qrupu müstəntiqə cinayət işi üzrə Davit Tonoyana qarşı cinayət təqibinə xitam verilməsi ilə bağlı vəsatət təqdim edib, lakin vəsatət rədd edilib.
“Bununla bağlı Ermənistan Baş prokuroruna müraciət edilib. İbtidai istintaqa nəzarət edən prokurorun apellyasiya şikayətinin təmin edilməməsi barədə qərarını almışıq, müdafiə tərəfi bu qərarı araşdıraraq belə bir nəticəyə gəlib ki, prokurorluq da son 4 ayda törədilən qanunsuzluqların şərikinə çevrilib”, - deyə erməni vəkillər bildiriblər.
Bəyanatda iddia edilib ki, David Tonoyana qarşı ittiham əsassızdır və bu, cinayət işinin materiallarından irəli gəlmir.
Alpər Mövludoğlu
Ordu.az