“Bu prosesin təfərrüatları erməni xalqından gizli saxlanılacaq” - Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 788     15:22     15 Yanvar 2022    
“Dünən Moskvada Ermənistan-Türkiyə nizamlanma prosesinin xüsusi nümayəndələrinin görüşünün başa çatdığı açıqlandı”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb.

Onun sözlərinə görə, bu prosesin dağıdıcı riskləri barədə çox danışılıb.

“Xarici İşlər Nazirliyinin dərc etdiyi bəyanatın erməni, ingilis və rus dillərindəki mətnləri arasında olan mühüm fərq yalnız bu prosesin təfərrüatlarının erməni xalqından gizli saxlanılacağını vurğulayır. Özünüz mühakimə edin”, - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin