Hazırda KTMT sülhməramlı bölmələrin çıxarılması prosesinə başlayıb. Rusiya Müdafiə nazirinin sözlərinə görə, bu, on gün çəkəcək. Qazaxıstanda müəyyən rus birliklərinin qalacağı şübhəsizdir, bu, Rusiyanın gələcək siyasi proseslərə təsirini və lazım gələrsə, vəziyyətə operativ reaksiya verməsini təmin edəcək.
Üstəlik, istisna etmək olmaz ki, KTMT-nin sülhməramlı bölməsinin göndərilməsi Rusiya üçün bu birlikləri yerləşdirmək üçün sadəcə bir yol idi. KTMT-yə digər üzvlər, eləcə də Ermənistan bu vəzifənin Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayaraq, onun yerinə yetirilməsinə mane ola bilməzdi.
Əgər uğursuzluq baş versəydi, bütün məsuliyyət Ermənistanın üzərinə düşəcəkdi, bu isə təbii olaraq siyasi reaksiyaya səbəb olacaqdı.
Bu gün hər kəsə aydındır ki, Ermənistan prosesdə əyləcə çevrilsəydi, riskə getməsəydi, onu dayandırsaydı, Paşinyan hakimiyyətdə qala bilməzdi.
Çünki Avrasiya mühitində Ermənistan üçün dərin müsbət perspektiv yoxdur. Həmçinin Ermənistan o mühiti sadəcə olaraq tərk edə bilməz, çünki həmin hərbi-siyasi mühit həm siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının və amillərinin birləşməsindən, həm də onları əhəmiyyətli dərəcədə şərtləndirən “harmonik” coğrafi şəraitdən formalaşır.
Firuz Bağırov
Ordu.az