Rusiya KİV-i: Paşinyan danışıqlar masasında Ankaranın ilkin şərtlərini yerinə yetirir

2021/09/3444-1630763863.jpg
Oxunub: 1254     17:09     15 Yanvar 2022    
Yanvarın 14-də Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş baş tutub.

Ermənistan XİN qeyd edir ki, konstruktiv şəraitdə keçən ilk görüşdə xüsusi nümayəndələr Ermənistan-Türkiyə dialoqu vasitəsilə nizamlanma prosesi ilə bağlı ilkin fikirlərini bölüşüblər. Tərəflər ilkin şərt olmadan tam nizamlanma üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Siyasi İqtisadiyyat Araşdırmalar İnstitutunun politoloqu Benjamin Matyosyan “Gazeta.ru” ilə söhbətində bildirib ki, indiki münasibətləri “normallaşdırmaq” cəhdini “reketçilik” adlandırmaq olar, çünki İrəvan Ankara tərəfindən de-fakto qoyulan bütün tələbləri yerinə yetirib.

“Ənənəvi olaraq, Ermənistan-Türkiyə sərhədinin açılması müqabilində Ermənistandan Qarabağından imtina etməsi, 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə tanınması ilə bağlı dövlət siyasətindən əl çəkməsi tələb olunurdu. De-fakto, bu tələblər artıq Ermənistan hakimiyyəti tərəfindən yerinə yetirilib”, - deyə erməni politoloq bildirib.

O qeyd edib ki, Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi üçün ilkin şərt yaranıb.

“Əslində, bunu Ermənistan tərəfi yerinə yetirdi, prezidentlər səviyyəsində deyildiyi kimi, ölkələr arasında kommunikasiyanın açıq olacaq, mal və yüklər hərbçilərin müşayiəti ilə dəhlizlə daşınacaq”, - deyə ekspert əlavə edib.

Matosyanın sözlərinə görə, hazırkı Ermənistan-Türkiyə gündəmi erməniyönümlü deyil. Buna baxmayaraq, ekspertin fikrincə, Ermənistan rəhbərliyi bu münasibətlərdə “respublikanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, eləcə də Qərb dövlətləri ilə yaxınlaşmaq imkanı” görür.

“Onlar səmimi şəkildə inanırlar ki, Ankara vasitəsilə Qərb dünyasına, NATO strukturlarına inteqrasiya edə və nəhayət, Rusiya ilə əlaqələrindən qurtula bilərlər. Ermənistan-Türkiyə dialoqu açıq-aydın ABŞ-ın himayəsi altında gedir. Bu dialoqun əsl məqsədi Rusiyanı bölgəmizdən sıxışdırıb çıxarmaqdır”, - deyə erməni ekspert bildirib.

Bu, Rusiya üçün nə deməkdir?

Politoloq Benjamin Matosyanın fikrincə, Moskva Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasının mümkün anti-Rusiya vektorunu anlayır, lakin bu prosesdə öz planları və maraqları var.

“İstənilən halda, Moskva (hətta qarşı tərəfin bu proseslə bağlı planlarının olduğunu bilə-bilə) prosesdən maksimum yararlanmağa çalışacaq”, - deyə Matosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin