Ordu.az xəbər verir ki, bu barədə “Lurer” nəşrinin ABŞ-ın Ermənistandakı səfirliyinə göndərdiyi sorğuya cavab olaraq səfirlikdən bildirilib.
Qeyd olunub ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Qarabağ münaqişəsinin davamlı siyasi həlli məsələsində öz iştirakına sadiqdir.
“Biz qoşunların çıxarılması, sərhədlərin demarkasiyası və əsirlərin geri qaytarılması kimi addımlar vasitəsilə vəziyyətin gərginliyini azaltmağa çağırırıq”, - deyə səfirlikdən bildirilib.
Alpər Mövludoğlu
Ordu.az