“Past”: Azərbaycan Prezidenti açıq şəkildə yeni tələblər təqdim edib

2022/01/9bf88-1642176827.jpg
Oxunub: 1120     14:52     15 Yanvar 2022    
İlkin dövrdə 2020-ci ilin 10 noyabr atəşkəs bəyanatının imzalanmasından sonra Cənubi Qafqazda az və ya çox sülh və sabitliyi təmin etməyin mümkün olduğuna dair hansısa fikirlər var idisə, zaman bu cür ümidlərin puç olduğunu göstərdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, 2022-ci ildə sərhəd gərginliyi və insidentlər az olmayacaq.

“Buna görə də il yeni başlayanda vəziyyət gərginləşir. İlham Əliyev qeyd edib ki, Ermənistan onların ərazi bütövlüyünü tanımasa, onlar da Ermənistanın ərazi bütövlüyünü də tanımayacaqlar. Azərbaycan Prezidenti açıq şəkildə Zəngəzura, Göyçəyə, İrəvana və ümumiyyətlə Ermənistana qarşı tələblər təqdim edib”, - deyə müəllif bildirib.

Müəllifin sözlərinə görə, İlham Əliyev əslində yeni müharibənin mümkünlüyünü də istisna etmir və israrla qeyd edir ki, Bakı ATƏT-in Minsk qrupunun fəaliyyətini önəmsəməməyə davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ATƏT  


Bizi "telegram"da izləyin