Ermənistan prezidentinin xarici səfərlərinə xərclənən pullar gizlədilir

2021/02/armen-1614537729.jpg
Oxunub: 679     16:19     15 Yanvar 2022    
““Hörmətli” prezident Armen Sarkisyanın xaricə səfərlərinə xərclənən pullar ictimaiyyətdən gizlədilir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Areqnaz Manukyan yazıb.

Manukyan bildirib ki, ötən ilin sonunda Ermənistan prezidentinin aparat rəhbəri Emil Tarasyana deputat sorğusu göndərib, Ermənistan prezidenti vəzifəsini tutan Armen Sarkisyanla bağlı bir neçə sual verib.

Erməni deputat verdiyi sualları sadalayıb: “1) 2021-ci il ərzində nə qədər xarici səfər edib? 2) Ümumiyyətlə, həmin səfərlərə nə qədər vəsait xərclənib? 3) Ziyarətlərin hər birinə nə qədər pul xərclənib? 4) Həmin məbləğlər hansı vasitələrlə xərclənib? 5) Səfərlərdən sonra hansı konkret nəticələr qeydə alınıb? Bu gün mən rəsmi cavab aldım, burada Armen Sarkisyanın hansı ölkəyə səfər etdiyini, orada hansı məsələləri müzakirə etdiyini kifayət qədər təfərrüatlı şəkildə təqdim edirəm. Lakin diqqət: bu səfərlər və onlardan hər biri üçün ümumi olaraq nə qədər pul xərcləndiyi ilə bağlı suala prezident aparatından cavab verməyiblər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin