Ermənistanda konstitusiya referendumu ərəfəsində yeni terrora başlayacaqlar

2021/07/image-1627621553.jpg
Oxunub: 1149     19:10     15 Yanvar 2022    
Bu yaxınlarda qapalı müzakirə baş tutub, müzakirə zamanı Nikol Paşinyan siyasi komandasının qarşısında vəzifə qoyub ki, Vətəndaş Müqaviləsi Partiyasının yerli özünüidarəetmə orqanlarına seçkilərdə qalib gəlmədiyi yerlərdə süni ab-hava və vəziyyət yaradılsın, nəticədə yeni seçkilər keçirilsin, genişləndirilmiş icmaların tərkibinə daxil edilmiş icmaların inzibati rəhbərləri isə yalnız onların öz adamları olsun.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, ikinci plan isə Paşinyanın sevimli məşğuliyyəti olan mümkün qədər çox icma liderinə qarşı cinayət işlərinin açılmasıdır.

“Bu cür marağın əsas səbəbi təkcə biabırçı nəticələrdən qıcıqlanmaq deyil, həm də qarşıdan gələn konstitusiya referendumudur. Məlum olduğu kimi, hakimiyyət konstitusiyanı, xüsusən də idarəetmə sistemini kökündən dəyişməyə hazırlaşır və öz elektoratını çoxdan itirib. Beləliklə, regionlara nəyin bahasına olursa-olsun “bəli”ni təmin etməklə məşğul olacaq sadiq və itaətkar icma liderlərinə ehtiyac var. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, gözlənilən konstitusiya dəyişikliklərində kifayət qədər maraqlı olan qondarma “sorosçular” “super baş nazirliy”in bütün “epizod”larının konstitusiyadan çıxarılması üçün hər şeyi etməyə çalışırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Referendum  


Bizi "telegram"da izləyin