Cənubi Koreyanın KF-21 qırıcısı “Gatling” silahı ilə təchiz edilib

2022/01/16421-1642235954.jpg
Oxunub: 642     15:03     15 Yanvar 2022    
Cənubi Koreyada ilk KF-21 milli qırıcısının (4++ nəsil) yaradılması prosesi aktiv mərhələdədir. Təyyarənin ilk uçuşu 2022-ci ilə planlaşdırılıb. İlk uçuşuna başlamazdan əvvəl döyüş sistemləri də daxil olmaqla, müxtəlif sistemlərin inteqrasiyası davam edir.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

ABŞ-ın “General Dynamics” şirkəti qırıcının 20 mm-lik “Gatling” silahı ilə təchiz edilməsi barədə qərar qəbul edilib.

Silah maksimum atəş sürətini təmin edir. Dəqiqədə 6000 atış, sursat yükü isə 480 mərmi təşkil edir.

Sevinc Əliyeva

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Gatling  


Bizi "telegram"da izləyin