Almaniya ordusu Maliyə CH-53 helikopterləri və 120 hərbi qulluqçu yerləşdirəcək

2022/01/Germa-1642235674.jpg
Oxunub: 877     17:59     15 Yanvar 2022    
Almaniya Ordusu bir neçə ay ərzində BMT-nin Malidəki missiyasını dəstəkləmək üçün beş ədəd CH-53 helikopteri və 120 hərbi qulluqçu göndərməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) “Twitter” hesabında məlumat yayıb.

Qüvvələrin bu ilin ortasında göndəriləcəyi qeyd olunub.

BMT-nin Malidəki missiyası (MINUSMA) ölkənin şimalında və mərkəzində silahlı qruplar tərəfindən zorakılığın qarşısını almaq üçün nəzərdə tutulub. İndiyədək 13 000-dən sülhməramlı yerləşdirilib. 2013-cü ildən sülhməramlılar arasında 230-a yaxın ölüm hadisəsi qeydə alınıb və bu, BMT-nin sülhməramlı missiyaları arasında ən ölümcül olub.

Təxminən dörd illik sınaq və qiymətləndirmədən sonra Almaniya ağır yük qaldırma tələbini yerinə yetirmək üçün “Sikorsky” şirkətindən CH-53G helikopteri almağa qərar verib. 1969-cu ilin payızında ilk iki CH-53G təyyarəsi Qərbi Almaniya rəsmilərinə təhvil verilib.

Almaniya 18 ildən artıqdır ki, Holzdorf və Laupheim aviabazasında və bütün dünyada, ilk növbədə Əfqanıstandakı missiyalarında 70-ə yaxın CH-53G helikopterini istismar edir. 1970-ci illərdən etibarən satın alınan və davamlı olaraq təkmilləşdirilən helikopterlər qoşun və yük daşımaları, humanitar, tibbi yardım, havadan yanğınsöndürmə və fəlakətlərin nəticələrinin aradan qaldırılması missiyaları da daxil olmaqla bir çox məqsədlər üçün istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Almaniya  


Bizi "telegram"da izləyin