Türkiyə müdafiə sahəsində 4 milyard dollarlıq məhsul ixrac etməyi hədəfləyir

2022/01/erdog-1642235589.jpg
Oxunub: 791     15:38     15 Yanvar 2022    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, müdafiə sənayesində müstəqil olmayan millətlərin gələcəyə inamla baxması mümkün deyil.

Ordu.az xəbər verir ki, bu barədə o, “TCG Ufuk” kəşfiyyat gəmisinin istifadəyə verilməsi üçün keçirilən mərasimdə çıxışı zamanı danışıb.

Bütün gizli və aşkar embarqolara baxmayaraq, Türkiyənin terrorla mübarizədən tutmuş sərhədyanı əməliyyatlara qədər hər sahədə milli maraqlarının tələb etdiyi bütün addımları atdığını vurğulayan prezident Ərdoğan qeyd edib ki, dəniz vasitələrindən helikopterlərə, silah və sursatdan raketlərə, hava hücumundan müdafiə sistemlərindən redioelektron mübarizə vasitələrinə qədər geniş çeşiddə Türkiyənin müdafiə sənayesi məhsullarından istifadə edən ölkələrin sayı ildən-ilə artır

“Bu ilin sonuna kimi müdafiə və aerokosmik ixracımızın 4 milyard dolları keçəcəyini gözləyirik”, - deyə o vurğulayıb.

Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, 2021-ci ilin dekabr ayında Türkiyənin müdafiə və aerokosmik sektoru 433 milyon 9 min dollarlıq məhsul ixrac edib. Bu rəqəm 2021-ci ildə ən yüksək aylıq ixrac olaraq qeydə alınıb.

Təşkilatın məlumatlarına görə, 2021-ci ildə sektorun ixracatı 3 milyard 224 milyon 785 min dollar olub. Bu, Türkiyə tarixində rekord rəqəm hesab edilir. 2021-ci ildə müdafiə və aerokosmik sənaye ixracının payı ümumi ixracda 1,4% təşkil edib. 2021-ci ildə müdafiə və aerokosmik məhsulların ixracı 2020-ci illə müqayisədə 41,5% artıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Donanma  


Bizi "telegram"da izləyin