Ordu.az xəbər verir ki, bu barədə Agentliyin rəsmiləri məlumat yayıb.
Agentlik peyklərin qlobal miqyasda hipersəs təhlükələri aşkar edə biləcək izləmə təbəqəsinin yaradılacağını bildirib. Orbitdəki peyklər bu raketlərin yaydığı istiliyi daha yaxşı izləmək imkanına malikdir.
Raketlərin izlənilməsi üçün mülki peyklərdən istifadə edilməsi nəzərdə tutulub.
Kosmosun peyklərlə dolu olması ilə bağlı narahatlıqlara toxunan şirkət rəsmisi kosmosun böyük olduğunu və peyklərin yerin aşağı orbitində nə qədər yuxarı qalxarsa, bir o qədər çox yer yaranacağını söyləyib.
Qeyd olunur ki, hazırda Yer kürəsindən 400-600 km-lik ərazidə çoxlu peyk müdaxilə sistemləri var. Agentlik öz peyklərini 1000-1200 kilometr məsafədə yerləşdirməyə çalışır.
Çoxlu sayda kiçik peykləri kosmosa yerləşdirməkdə məqsəd, düşmənin peyk əleyhinə silahlarla onları sıradan çıxarmağa çalışdığı halda ehtiyat yaratmaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az