Ordu.az xəbər verir ki, bu barədə Böyük Qaraqoyunlu kəndinin rəhbəri Vazgen Asatryan "NEWS.am"a açıqlamasında bildirib.
“Təxminən on dəqiqə əvvəl atışma səsləri eşidildi. İndi vəziyyət gərgindir. Kənddə dağıntı yoxdur, lakin mövqelərdə yaralananlar var", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Görülən adekvat tədbirlər nəticəsində 1 erməni hərbi qulluqçusu orta dərəcəli güllə yarası alıb. Məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.
Alpər Mövludoğlu
Ordu.az