Məlum olduğu kimi, Rusiya NATO-nun hələ Alyansa daxil olmayan postsovet respublikaları da daxil olmaqla, şərqə doğru genişlənməyəcəyi ilə bağlı yazılı razılaşmağı təklif edir. İlk növbədə Rusiya NATO-ya üzv olacaqlarını elan etmiş Ukrayna və Gürcüstanı nəzərdə tutur. Rusiya bu layihə ilə NATO-nun həmin respublikalarla sıx əməkdaşlıq etməməsindən danışır.
Burada Azərbaycan faktorunun, Türkiyənin geniş və dərin hərbi-siyasi təmsilçiliyinin mövcudluğunu nəzərə alsaq, vəziyyətin başqa çalarlara malik olduğu görünür. Rusiya bu məsələni eyni şəkildə Türkiyənin qarşısına qoyacaq?
Putinlə Ərdoğan arasında gizli razılaşma və ya başqa yazılı razılaşma varmı? Türkiyə hazırda Azərbaycandadır, müharibədən öncə az hərbi varlıqla təmsil olunan Ankara artıq tamamilə Qafqaza daxil olub. Bu baxımdan vəziyyət daha aydındır.
Rusiya Türkiyəni Vaşinqtonla böyük razılaşma əldə edəcəyi təqdirdə ABŞ-la böyük qarşıdurma üçün “resurs” hesab edir. Rusiyanın Türkiyəyə münasibəti müəyyən qədər dəyişə bilər.
Üstəlik, Rusiya heç vaxt Türkiyəni nə Azərbaycandan, nə də Qafqazdan çıxara bilməyəcəyinə şübhə yoxdur. Bunu ancaq ABŞ-ın köməyi ilə edə bilər. Amma Rusiya ABŞ-la danışıqlar apararkən, Türkiyə vəziyyətdən maksimum şəkildə yararlanmağa çalışır. Bununla yanaşı, təbii ki, Ankara vəziyyətin mürəkkəbliyini dərk edir. Vaşinqton və Moskva arasında çoxölçülü danışıqlar yanvarın 9-10-da başlayacaq. Bu proses, şübhəsiz ki, heç də primitiv deyil, Ərdoğan bunu yaxşı başa düşür, o cümlədən Putin Baydenə ABŞ-ın Avropada tam hərbi-siyasi üstünlüyünü bərpa etməkdə “kömək etsə”, bunun müqabilində Türkiyə Qafqazda müəyyən “bonuslar” ala bilər.
Firuz Bağırov
Ordu.az