Türkiyə ordusuna “Vural” radioelektron mübarizə vasitələri təhvil verilib

2022/01/vural-1641360478.jpg
Oxunub: 10366     16:02     06 Yanvar 2022    
Türkiyə Silahlı Qüvvələrinə “Vural” radioelektron mübarizə (REM) vasitələri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

ASELSAN tərəfindən istehsal edilən sistemlər milli proqram və texniki təchizatla təmin olunub.

Modul dizaynı və uyğun arxitekturası sayəsində REM vasitəsi yüksək hədəf aşkarlama qabiliyyətinə malikdir.

Sistem aşkar edilmiş hədəf radarlarının əhatə dairəsini azaltmaq və ya müəyyən müddət ərzində onları sıradan çıxarmaq üçün aldatma və ya müdaxilə şəklində elektron hücum tətbiq edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Vural  


Bizi "telegram"da izləyin