Ordu.az xəbər verir ki, Narek məktəbi bitirdikdən sonra Ermənistan ordusuna çağrılıb.
O, iyulun 2-də qulluğa gedib, Əsgəranda 2 ay yarımı karantində keçirib, daha sonra sentyabrın 3-də "Tsor" hərbi hissəsinə köçürülüb.
"Bu, saniyələr ərzində baş verib, silah-sursatla əmr gözləyirdilər. Müharibənin nə vaxt olacağını bilirdilər, sadəcə bilmirdilər ki, nə vaxt, hansı dəqiqə, hansı anda başlayacaq. Amma mütləq şəkildə bilirdilər", - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.
Məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları çox yaxında, 400 metr məsafədə olublar, erməni hərbi qulluqçular kömək istəyiblər, lakin köməksiz qalıblar.
Alpər Mövludoğlu
Ordu.az