Bayramlar münasibətilə şəhid ailələri ziyarət olunub - VİDEO+FOTOLAR

2022/01/8f86f-1641027033.jpg
Oxunub: 4019     12:46     01 Yanvar 2022    
Müdafiə nazirinin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə baş çəkilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, bayramlar münasibətilə onlara sovqatlar təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.

Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, Müdafiə Nazirliyinin nümayəndələri şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanıblar.

Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin