ABŞ-ın yeni hərbi büdcəsində yeni qırıclar və gəmilər üçün vəsait nəzərdə tutulub

2021/12/CCAUX-1638951806.jpg
Oxunub: 639     11:41     09 Dekabr 2021    
ABŞ konqresmenləri dünən yayımlanan illik müdafiə qanun layihəsində Rusiya və Çinə siqnal göndərmək məqsədilə hərbi təyyarələr və Hərbi Dəniz Qüvvələri üçün gəmilərin alışını artırmağa çalışıblar.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, 2022-ci maliyyə ili üçün Milli Müdafiə Qanunu müdafiəyə təxminən 770 milyard dollar ayırmağı nəzərdə tutur.

Qanun layihəsi gəmi və təyyarə alqı-satqısı tələb edir və qoşunların maaşını artırır.

Bayden Administrasiyasının may ayındaki orijinal büdcə tələbi il ərzində müzakirə edilib və Nümayəndələr Palatasının Demokrat və Respublikaçı liderləri və Senatın Silahlı Qüvvələr komitələri qanun layihəsinə nəyin daxil edilməsi barədə danışıqlar apardıqdan sonra ABŞ Konqresi kompromisə gəlinən layihəni yayımlayıb.

Normalda iki partiyanın güclü dəstəyi ilə keçən layihə hər il qanuna çevrilən yeganə əsas qanunvericilik aktlarından biri olduğu və bu qədər geniş məsələlərə toxunduğu üçün sənaye və digər maraqların geniş dairəsi tərəfindən yaxından izlənilir.

Qanun layihəsində “Boeing” şirkətindən 17 ədəd F-15EX qırıcı təyyarələrinin alınması qeyd olunub. Pentaqon may ayında 12 ədəd qırıcı tələb etmişdi. Pentaqonun tələbindən sonra Konqres qanun layihəsinə 12 ədəd “Boeing” istehsalı F/A-18E/F “Super Hornet” üçün maliyyə də əlavə edib.

Qanun layihəsi “Lockheed Martin” tərəfindən istehsal olunan F-35 qırıcılarına ayrılan vəsaiti artırmayıb.

Layihə “Huntington Ingalls” və “General Dynamics” tərəfindən istehsal edilən iki “Virciniya” sinifli sualtı qayıq və “General Dynamics” tərəfindən istehsal olunan 3 DDG 51 “Arleigh Burke” esminesi də daxil olmaqla, 13 döyüş gəmisinin satın alınmasını nəzərdə tutur.

Konqresin yayımladığı sənəddə Ukrayna ordusu üçün 300 milyon dollar və Tayvanın müdafiəsinə dəstək bəyanatı da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Büdcə   Qırıcı  

ABŞ-ın yeni hərbi büdcəsində yeni qırıclar və gəmilər üçün vəsait nəzərdə tutulub

2021/12/CCAUX-1638951806.jpg
Oxunub: 640     11:41     09 Dekabr 2021    

Bizi "telegram"da izləyin