Komitə sədri şəhid ailələri, qazilər və veteranlarla bağlı vergi güzəştlərinin məqsədini açıqlayıb

2021/12/e8246-1638614027.jpg
Oxunub: 738     14:00     04 Dekabr 2021    
"Şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlar həmişə dövlətin qayğısı altındadır: "Heç şübhəsiz, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çox şaxəlidir, şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunublar".

Komitə sədri bildirib ki, ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib: "Məcəlləyə dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Digər bir dəyişiklik isə şəhid ailələrinə və qazilərə verilən maddi yardımla bağlıdır. Belə ki, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar. Bu da şəhid ailələrimizin və qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənmiş bir addımdır. Bu addımlar bir daha Azərbaycan Prezidentinin və dövlətinin həmin kateqoriyadan olan insanlara göstərdiyi diqqətinin bariz nümunəsidir".

M.Quliyev vurğulayıb ki, hazırkı dövrə kimi Azərbaycan dövləti tərəfindən şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunublar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəhid-ailələri   Qazilər   Veteranlar   Komitə-sədri  

Komitə sədri şəhid ailələri, qazilər və veteranlarla bağlı vergi güzəştlərinin məqsədini açıqlayıb

2021/12/e8246-1638614027.jpg
Oxunub: 739     14:00     04 Dekabr 2021    

Bizi "telegram"da izləyin