Ordu.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri deyib.
Diplomatın sözlərinə görə, İranın ideyaları Tehranın baxış və maraqlarına əsaslanıb.
“Deyirlər ki, bu təkliflər onların fikirləri ilə ziddiyyət təşkil edir. Biz də dedik ki, danışıqlarda bizim təkliflərimizin onların fikirləri ilə üst-üstə düşməsi ilə bağlı heç bir razılıq olmayıb”, - deyə Baqiri qeyd edib.
O bildirib ki, avropalılar öz təkliflərini təqdim etsələr, bu, müzakirə mövzusuna çevriləcək.
Alpər Mövludoğlu
Ordu.az