“Past”: Ermənistan İsveçin artilleriya sistemləri ilə maraqlanır?

2021/12/h45jh-1638612803.jpg
Oxunub: 1343     16:42     04 Dekabr 2021    
Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan “Factor.am” nəşrinə verdiyi açıqlamada Ermənistan ordusunun silahlanmasının yeni təsəvvürləri haqqında danışmaq istəməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Köçəryan Ermənistanın NATO və ya NATO üzvü olan ölkələr vasitəsilə Rusiyanın da sahib ola bilməyəcəyi müvafiq silahı tapmağı bacarmalı olduğunu bildirib.

“Məsələn, NATO üzvü olmayan İsveç çox keyfiyyətli artilleriya sistemləri istehsal edir. Düşünürəm ki, Rusiya da özünü yaxşı hiss edər ki, onun sahib olmadığını tərəfdaşı, KTMT üzvü olan başqa bir ölkə əldə edə və öz ordusunun əsasına qoya bilər”, - deyə Köçəryan bildirib.

Nəşr yazıb ki, Köçəryan lazımsız qısqanclıq səhnələrinin olmamalı olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ERmənistan   İsveç  


Bizi "telegram"da izləyin