““Həssas” və “ağrılı” həll yolları haqqında sənədin altında Paşinyanın imzası olmamalı idi” - Qazinyan

2021/12/gfhjg-1638612696.jpg
Oxunub: 843     15:29     04 Dekabr 2021    
“Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq yayılmış bəyanat hansısa konkret həlli təsbit etmirdi, çünki Nikol Paşinyanın xahişi ilə konkret olaraq “həssas” və “ağrılı” həll yolları haqqında sənədin altında Paşinyanın imzası olmamalı idi”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Vahid Ermənistan Partiyasının sədri, Ermənistan parlamentinin deputatı Artur Qazinyan yazıb.

Onun sözlərinə görə, bu yaxınlarda Moskvada keçirilən görüşün yekunlarına əsasən, Baş nazir müavinləri səviyyəsində həmin bəyanatın işlənib hazırlanması və dərc edilməsi barədə razılıq əldə olunub.

“ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü çərçivəsində qeydə alınan “tərif” və “təşviq” haqqında bəyanatlar prosesə beynəlxalq legitimlik verməlidir”, - deyə Qazinyan bildirib.

Erməni deputat sual ünvanlayıb ki, Mher Qriqoryan nəyin naminə Nikol Paşinyanın xəyanətkar fəaliyyətinin nəticələrini öz üzərinə götürməyə razı olub?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Qazinyan  


““Həssas” və “ağrılı” həll yolları haqqında sənədin altında Paşinyanın imzası olmamalı idi” - Qazinyan

2021/12/gfhjg-1638612696.jpg
Oxunub: 844     15:29     04 Dekabr 2021    
“Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq yayılmış bəyanat hansısa konkret həlli təsbit etmirdi, çünki Nikol Paşinyanın xahişi ilə konkret olaraq “həssas” və “ağrılı” həll yolları haqqında sənədin altında Paşinyanın imzası olmamalı idi”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Vahid Ermənistan Partiyasının sədri, Ermənistan parlamentinin deputatı Artur Qazinyan yazıb.

Onun sözlərinə görə, bu yaxınlarda Moskvada keçirilən görüşün yekunlarına əsasən, Baş nazir müavinləri səviyyəsində həmin bəyanatın işlənib hazırlanması və dərc edilməsi barədə razılıq əldə olunub.

“ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü çərçivəsində qeydə alınan “tərif” və “təşviq” haqqında bəyanatlar prosesə beynəlxalq legitimlik verməlidir”, - deyə Qazinyan bildirib.

Erməni deputat sual ünvanlayıb ki, Mher Qriqoryan nəyin naminə Nikol Paşinyanın xəyanətkar fəaliyyətinin nəticələrini öz üzərinə götürməyə razı olub?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Qazinyan  


Bizi "telegram"da izləyin