“Joğovurd”: Ermənistan MN-in bəzi idarələrində kütləvi şəkildə işdən çıxarılma halları olacaq

2021/09/large-1631519321.jpg
Oxunub: 1002     16:11     04 Dekabr 2021    
Ermənistan Müdafiə naziri Suren Papikyan təyinatdan sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq çağırır və onların funksiyaları ilə şəxsən tanış olur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, görüşlər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində müəyyən təhlillər aparılıb ki, nazirlikdə formalaşmış “ənənə”ləri istisna etmək üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarının dəyişməsindən başlamalıdır.

“Yeni təyin olunmuş nazirə başa salıblar ki, nazirliyin idarələrinin işçiləri işi görmək məsuliyyətini bir-birinin üzərinə atırlar və çox hallarda iş irəli getmir. Belə halları istisna etmək üçün yaxın vaxtlarda Müdafiə Nazirliyinin bəzi idarələrində kütləvi şəkildə işdən çıxarılma halları olacaq”, - deyə “Joğovurd” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MN   Böhran  


“Joğovurd”: Ermənistan MN-in bəzi idarələrində kütləvi şəkildə işdən çıxarılma halları olacaq

2021/09/large-1631519321.jpg
Oxunub: 1003     16:11     04 Dekabr 2021    
Ermənistan Müdafiə naziri Suren Papikyan təyinatdan sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq çağırır və onların funksiyaları ilə şəxsən tanış olur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, görüşlər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində müəyyən təhlillər aparılıb ki, nazirlikdə formalaşmış “ənənə”ləri istisna etmək üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarının dəyişməsindən başlamalıdır.

“Yeni təyin olunmuş nazirə başa salıblar ki, nazirliyin idarələrinin işçiləri işi görmək məsuliyyətini bir-birinin üzərinə atırlar və çox hallarda iş irəli getmir. Belə halları istisna etmək üçün yaxın vaxtlarda Müdafiə Nazirliyinin bəzi idarələrində kütləvi şəkildə işdən çıxarılma halları olacaq”, - deyə “Joğovurd” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MN   Böhran  


Bizi "telegram"da izləyin