“Babayan hüquq-mühafizə orqanlarına dəhşətli cinayət barədə hesabat təqdim edir” - Abrahamyan

2021/09/photo-1632478451.jpg
Oxunub: 766     14:50     04 Dekabr 2021    
“44 günlük müharibə günlərində Qarabağ “təhlükəsizlik şurasının katibi” (qondarma qurum - red.) vəzifəsini tutan Samvel Babayan bu yaxınlarda müxtəlif media orqanlarına kifayət qədər maraqlı məlumatlar verib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Abrahamyan qeyd edib ki, Babayanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində müharibə dövrünün əmrlərini redaktə etməyə, saxtalaşdırmağa çalışırlar, yəni Ermənistan hakimiyyəti öz izlərini ortadan qaldırmağa çalışır.

Erməni deputat bildirib ki, Samvel Babayan hüquq-mühafizə orqanlarına dəhşətli cinayət barədə hesabat təqdim edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abrahamyan  


“Babayan hüquq-mühafizə orqanlarına dəhşətli cinayət barədə hesabat təqdim edir” - Abrahamyan

2021/09/photo-1632478451.jpg
Oxunub: 767     14:50     04 Dekabr 2021    
“44 günlük müharibə günlərində Qarabağ “təhlükəsizlik şurasının katibi” (qondarma qurum - red.) vəzifəsini tutan Samvel Babayan bu yaxınlarda müxtəlif media orqanlarına kifayət qədər maraqlı məlumatlar verib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Abrahamyan qeyd edib ki, Babayanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində müharibə dövrünün əmrlərini redaktə etməyə, saxtalaşdırmağa çalışırlar, yəni Ermənistan hakimiyyəti öz izlərini ortadan qaldırmağa çalışır.

Erməni deputat bildirib ki, Samvel Babayan hüquq-mühafizə orqanlarına dəhşətli cinayət barədə hesabat təqdim edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abrahamyan  


Bizi "telegram"da izləyin