Ermənistanda xarici vektorun dəyişdirilməsi məsələsi müzakirə olunur

2021/03/16079-1616954301.jpg
Oxunub: 1490     21:21     04 Dekabr 2021    
Nikol Paşinyan bu gün növbəti dəfə parlamentdənkənar qüvvələrin nümayəndələri ilə görüşəcək.

Ordu.azxəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, görüşün gündəliyi kifayət qədər doludur, Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin dəqiqləşdirilməsi məqsədilə güman edilən demarkasiya və delimitasiya məsələsi, bu prosesdə Ermənistan tərəfindən tətbiq edilən sənədlərin, xəritələrin istifadə edilməsi məsələsi, Türkiyə-Ermənistan gündəmi ilə bağlı mövzu görüşün gündəliyindədir.

“Bütün bunlarla yanaşı, gündəmdə kifayət qədər diqqətəlayiq olan iki məsələ var. Onlardan biri belə bir formaya malikdir: “Mümkün xarici siyasi inkişaflar: Ermənistanın KTMT və AİB-ə üzvlüyünün dayandırılmasının və mümkün alternativlərin müzakirəsi”. Yeri gəlmişkən, növbəti məqam Avropaya inteqrasiya prosesinin təşviqinə aiddir”, - deyə “Past” nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarici-siyasət   Böhran  


Ermənistanda xarici vektorun dəyişdirilməsi məsələsi müzakirə olunur

2021/03/16079-1616954301.jpg
Oxunub: 1491     21:21     04 Dekabr 2021    
Nikol Paşinyan bu gün növbəti dəfə parlamentdənkənar qüvvələrin nümayəndələri ilə görüşəcək.

Ordu.azxəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, görüşün gündəliyi kifayət qədər doludur, Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin dəqiqləşdirilməsi məqsədilə güman edilən demarkasiya və delimitasiya məsələsi, bu prosesdə Ermənistan tərəfindən tətbiq edilən sənədlərin, xəritələrin istifadə edilməsi məsələsi, Türkiyə-Ermənistan gündəmi ilə bağlı mövzu görüşün gündəliyindədir.

“Bütün bunlarla yanaşı, gündəmdə kifayət qədər diqqətəlayiq olan iki məsələ var. Onlardan biri belə bir formaya malikdir: “Mümkün xarici siyasi inkişaflar: Ermənistanın KTMT və AİB-ə üzvlüyünün dayandırılmasının və mümkün alternativlərin müzakirəsi”. Yeri gəlmişkən, növbəti məqam Avropaya inteqrasiya prosesinin təşviqinə aiddir”, - deyə “Past” nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarici-siyasət   Böhran  


Bizi "telegram"da izləyin