“Joğovurd”: Ermənistanda yoxsulluq səviyyəsi 27%-dir

2021/12/8501d-1638612476.jpg
Oxunub: 763     17:51     04 Dekabr 2021    
2020-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsi 27% olaraq qiymətləndirilib ki, bu da ötənilki 26,4%-dən 0,6 faiz çoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkədə 0,7% əhali son dərəcə kasıbdır.

“Ötən il yoxsulluğunun ən yüksək səviyyəsi Şirak vilayətində olub ki, bu da 57,7% təşkil edib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, yüksək səviyyə Qeğarkunik vilayətində də müşahidə olunub və bu, 56% təşkil edib. Bu göstərici Tavuşda 46,1% və Araqatsotnda 40,1% olub. Nisbətən aşağı səviyyə Sünik vilayətində müşahidə olunub - 9,3%. İfrat yoxsulluğun ən yüksək səviyyəsi Araqatsotn (4,2%) və Şirak vilayətlərində (3,1%) olub. Əslində, Ermənistan vətəndaşının həyatı yaxşılaşmır və buna paralel olaraq əhalinin həyat səviyyəsi də getdikcə azalır. Bu rəsmidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yoxsulluq  


“Joğovurd”: Ermənistanda yoxsulluq səviyyəsi 27%-dir

2021/12/8501d-1638612476.jpg
Oxunub: 764     17:51     04 Dekabr 2021    
2020-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsi 27% olaraq qiymətləndirilib ki, bu da ötənilki 26,4%-dən 0,6 faiz çoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkədə 0,7% əhali son dərəcə kasıbdır.

“Ötən il yoxsulluğunun ən yüksək səviyyəsi Şirak vilayətində olub ki, bu da 57,7% təşkil edib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, yüksək səviyyə Qeğarkunik vilayətində də müşahidə olunub və bu, 56% təşkil edib. Bu göstərici Tavuşda 46,1% və Araqatsotnda 40,1% olub. Nisbətən aşağı səviyyə Sünik vilayətində müşahidə olunub - 9,3%. İfrat yoxsulluğun ən yüksək səviyyəsi Araqatsotn (4,2%) və Şirak vilayətlərində (3,1%) olub. Əslində, Ermənistan vətəndaşının həyatı yaxşılaşmır və buna paralel olaraq əhalinin həyat səviyyəsi də getdikcə azalır. Bu rəsmidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yoxsulluq  


Bizi "telegram"da izləyin