“Atak” helikoterləri üçün yerli silahlar istehsal edilib

2021/12/1af68-1638606805.jpg
Oxunub: 1330     21:01     04 Dekabr 2021    
Türkiyənin yerli T-129 “Atak” adlı hücum və taktiki kəşfiyyat helikopteri milli imkanlarla inkişaf etdirilən topu ilə daha da güclənəcək.

Ordu.az xəbər verir ki, Düzcedəki Sarsılmaz Silah Fabrikində araşdırmalar aparan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 20 mm 3 lüləli topun 2022-ci ildə “Atak”a inteqrasiya ediləcəyini açıqlayıb.

“Atak”da istifadə olunacaq topun ilk atışlarının 2022-ci ildə başlayacağı qeyd edilib.

“Bura “Atak” helikopterlərinin “burun topu” dediyimiz 20 millimetrlik pulemyotunu istehsal etmək üçün qurulmuş şirkətdir. Bu toplar yüksək dəqiqliyə malikdir və ixracı məhdudlaşdırılan toplardır. Beləliklə, siz onları almaq istəsəniz belə, ölkələr bu topları satmır”, - deyə o qeyd edib.

20 mm-lik “burun topu” layihəsinin 2018-ci ildən davam etdiyini vurğulayan Varank yerli “burun topları”nın ilk atışlarının 2022-ci ildə başlayacağını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atak  


“Atak” helikoterləri üçün yerli silahlar istehsal edilib

2021/12/1af68-1638606805.jpg
Oxunub: 1331     21:01     04 Dekabr 2021    
Türkiyənin yerli T-129 “Atak” adlı hücum və taktiki kəşfiyyat helikopteri milli imkanlarla inkişaf etdirilən topu ilə daha da güclənəcək.

Ordu.az xəbər verir ki, Düzcedəki Sarsılmaz Silah Fabrikində araşdırmalar aparan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 20 mm 3 lüləli topun 2022-ci ildə “Atak”a inteqrasiya ediləcəyini açıqlayıb.

“Atak”da istifadə olunacaq topun ilk atışlarının 2022-ci ildə başlayacağı qeyd edilib.

“Bura “Atak” helikopterlərinin “burun topu” dediyimiz 20 millimetrlik pulemyotunu istehsal etmək üçün qurulmuş şirkətdir. Bu toplar yüksək dəqiqliyə malikdir və ixracı məhdudlaşdırılan toplardır. Beləliklə, siz onları almaq istəsəniz belə, ölkələr bu topları satmır”, - deyə o qeyd edib.

20 mm-lik “burun topu” layihəsinin 2018-ci ildən davam etdiyini vurğulayan Varank yerli “burun topları”nın ilk atışlarının 2022-ci ildə başlayacağını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atak  


Bizi "telegram"da izləyin