“Bloomberg”: Türkiyə Ukraynaya elan edildiyindən daha çox PUA satıb

2021/10/76867-1635591213.jpg
Oxunub: 1021     15:12     04 Dekabr 2021    
Türkiyə Ukraynaya əvvəllər açıqlanan rəqəmlərdən daha çox “Bayraktar TB2” zərbə PUA-ları tədarük edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg”ə danışan yüksək səviyyəli mənbələr məlumat verib.

Mövzunun həssaslığına görə adının açıqlanmamasını tələb edən mənbələr Türkiyənin Ukraynaya açıqlanandan çox sayda “Bayraktar” satdığını iddia edib.

Rəsmilərin və Türkiyə hökuməti ilə yaxın əlaqələri olan türk müdafiə şirkətinin menecerinin sözlərinə görə, 2019-cu ildən etibarən Ukraynaya idarəetmə stansiyaları və raketləri olan onlarla PUA satılıb. Mənbələr, ən azı 24 ədəd əlavə sifarişlərin verildiyini bildirib.

Türkiyə ilə Ukrayna arasındakı əməkdaşlıq təkcə PUA-larla məhdudlaşmır. Mənbələrin məlumatına görə, Türkiyə “Zenit-2” daşıyıcı raketinin birgə istehsalı üçün Ukrayna ilə danışıqlar aparır.

“Bloomberg”in şərhinə görə, Türkiyənin belə bir raket alması ballistik raketlərin inkişafına da töhfə verəcək, lakin Türkiyə rəsmiləri Ankaranın niyyətinin bu istiqamətdə olmadığını bildirirlər.

“Zenit-2” Ukrayna tərəfindən hazırlanmış buraxılış qurğusudur. Bu qurğudan ilk dəfə 1985-ci ildə kosmosa raket buraxılıb və indiyə qədər bu buraxılışların sayı 37 dəfəyə çatıb, onlardan 6-sı uğursuz olub.

Digər yüksək rütbəli türk məmurun sözlərinə görə, Kiyevlə əməkdaşlıq Ankara üçün Moskvaya qarşı təsir rıçaqlarını təmin edir, həmçinin Türkiyənin sürətlə inkişaf edən silah istehsalçıları üçün müştəri və mühərrik texnologiyası təchizatçısı yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ukrayna  

“Bloomberg”: Türkiyə Ukraynaya elan edildiyindən daha çox PUA satıb

2021/10/76867-1635591213.jpg
Oxunub: 1022     15:12     04 Dekabr 2021    

Bizi "telegram"da izləyin