BƏƏ milyardlarla dollarlıq “Rafale” qırıcıları alır| F-35 müqaviləsini fonunda “səbirsizlik siqnalı”

2021/09/yunan-1631515622.jpg
Oxunub: 1684     20:18     04 Dekabr 2021    
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransadan 80 ədəd “Dassault” istehsalı “Rafale” döyüş təyyarəsi və 12 ədəd “Caracal” helikopterləri alacaq. Bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat yayıb. Sifariş Makronun BƏƏ və Səudiyyəyə səfəri əsnasında verilib.

BƏƏ-yə təhvil veriləcək “Rafale” döyüş təyyarələrinin ən son konfiqurasiyada olacağı təxmin edilir. Beləliklə, “Rafale” Misir, Qətər, Hindistan, Yunanıstan, Xorvatiya və İndoneziyadan sonra BƏƏ-nin də üstünlük verdiyi təyyarə olub.

Fransa Prezidentinin sarayından verilən açıqlamaya görə, iki ölkə arasında imzalanan müqavilənin ümumi dəyəri 17 milyard avro (19,20 milyard dollar) təşkil edir. Bu müqavilə Fransanın indiyə qədər xaricdə etdiyi ən böyük döyüş təyyarəsi müqaviləsi kimi diqqəti çəkir.

BƏƏ-nin “Rafale” qırıcıları alması prosesi 2011-ci ildə başlayıb. Həmin vaxt Fransa BƏƏ-yə 60 ədəd “Rafale” satmağı təklif etmişdi, lakin BƏƏ bu təklifi “rəqabətə uyğun”, “işgüzar” görməyib və danışıqları dondurub.

F4 konfiqurasiyasında olan “Rafale” döyüş təyyarələri BƏƏ-nin “Mirage 2000” döyüş təyyarəsi parkını əvəz edəcək. Bu satışın BƏƏ-nin ABŞ-dan F-35 tədarükünə təsir edəcəyi gözlənilmir.

Fransa Müdafiə naziri Florens Parli iki ölkə arasında əldə olunan razılaşma ilə bağlı bunları deyib: “Bu, Birləşmiş Ərəb Əmirlikləri ilə həmişəkindən daha güclü strateji tərəfdaşlığı ehtiva edən tarixi bir razılaşmadır”.

BƏƏ bu günə qədər “Rafale” qırıcısı sifariş verən altıncı ölkə olub. Ümumilikdə xarici dövlətlər tərəfindən indiyədək 242 ədəd “Rafale” sifariş edilib. Bunların 158-i 2017-ci ildən sonra sifariş verilib.

“Rafale” döyüş təyyarələrinin istehsalçısı “Dassault Aviation” şirkəti 2020-ci ildə 5,5 milyard avro gəlir əldə etdiyini açıqlayıb. Şirkətin ümumilikdə 12 440 işçisi var.

Fransa mətbuatında çıxan xəbərə görə, BƏƏ MBDA istehsalı olan MICA-NG “hava-hava” raketləri və “Black Shaheen” (SCALP) qanadlı raketləri üçün 2 milyard avro ödəyəcək.

F4 konfiqurasiyasında olan qırıcı, həmçinin Fransanın “Safran Electronics & Defence” şirkəti tərəfindən istehsal olunan 1000 kiloqramlıq AASM “hava-yer” raketini daşıya bilər və BƏƏ-nin bu raketləri alacağı gözlənilir.

Fransanın 2021-ci ildə silah satışı 2015-ci ildəki 16,9 milyard avronu böyük fərqlə üstələyib və 28 milyard avroya yüksəlib. Bu, Fransa üçün görünməmiş nailiyyətdir.

BƏƏ-nin sifariş etdiyi “Rafale” döyüş təyyarələrinin tədarükünün 2027-2031-ci illər arasında həyata keçirilməsi planlaşdırılır.

“Rafale” qırıcılarının F4 konfiqurasiyası

14 yanvar 2019-cu il tarixində Fransa Silahlı Qüvvələr naziri Florens Parlinin “Dassault Aviation” şirkətinin “Mérignac” obyektinə səfəri zamanı “Rafale” döyüş təyyarələri üçün F4S konfiqurasiyasının hazırlanması üzrə müqavilə imzalanıb. Bu iş daxilində döyüş təyyarələri xüsusilə, artan Süni Zəka və məlumat əsaslı analiz sistemlərindən istifadə edilərək bugünkü döyüş şəraiti səviyyəsinə qaldırılacaq.

Standart daxilində olan təyyarələr təkmilləşdirilmiş rabitə kanallarına, radar sensorlarına, yeni silahlara və optik modernləşdirmələrə əlavə olaraq yeni mühərrik idarəetmə bloku ilə təchiz olunacaq.

Müdafiə mənbələri bildiriblər ki, “Rafale” “Mirage 2000” parkını əvəz edəcək, lakin bu, BƏƏ-nin iki əsas təchizatçı, Fransa və ABŞ ilə təhlükəsizliyini qorumağa davam etdiyi üçün Amerika istehsalı olan F-35-lərə toxunmayacaq.

ABŞ Konqresi BƏƏ-nin Çinlə əlaqələri, o cümlədən ölkədə “Huawei” şirkətinin 5G texnologiyasının yayılması ilə bağlı narahatlıqlar fonunda F-35 müqaviləsini təsdiqləməkdən çəkindiyi üçün razılaşma “səbirsizlik siqnalı” kimi qəbul edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BƏƏ   Fransa  

BƏƏ milyardlarla dollarlıq “Rafale” qırıcıları alır| F-35 müqaviləsini fonunda “səbirsizlik siqnalı”

2021/09/yunan-1631515622.jpg
Oxunub: 1685     20:18     04 Dekabr 2021    

Bizi "telegram"da izləyin