"Tibb işçiləri qorxmadan müharibənin dəhşətli nəticələrinin aradan qaldırılması üçün çalışdılar" - Gizir feldşer

2021/12/802a8-1638600980.jpg
Oxunub: 827     11:39     04 Dekabr 2021    
İnsan üçün ən böyük sərvət sağlamlıqdır. Vətən müharibəsi Azərbaycan Ordusunda tibb xidmətinin yüksək səviyyədə olduğunu, Azərbaycan həkiminin fədakarlığını bir daha təsdiqlədi. Döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, maddi-texniki və tibbi təminatın, sosial-məişət şəraitinin yüksək səviyyədə olması mühüm rol oynadı. Qələbəni həm də bunların vəhdəti təmin etdi.

Vətən müharibəsindən sonra Ali Baş Komandan ictimaiyyət nümayəndələri ilə görüşlərindən birində qeyd etdi ki, şəhidlərimizin sayının çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. "Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərən həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da, həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər".

"N" hərbi hissəsində bütün tələblərə cavab verən müasir tibbi avadanlıqlarla təchiz edilən tibb məntəqəsindən qeydlər götürərək hərbçilərimizə göstərilən xidmətlə yaxından tanış olduq.

Feldşer gizir Murad Niftaliyevlə söhbətimizdə öyrəndik ki, uzun zamandır bu sahədə xidmət edir. O, Vətən müharibəsində hərbi səhiyyənin fəaliyyətindən iftixarla danışdı. Bildirdi ki, tibb məntəqəsinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi hərtərəfli müayinə və müalicələrə imkan verir. "Xəstələrə əlverişli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Tibb məntəqəsinə müraciət edən xəstələrə müayinə metodları müasir avadanlıqlarla həyata keçirilir. Əsgərlərin sağlamlığı döyüş hazırlığının tərkib hissəsi kimi daim diqqət mərkəzindədir.

Gizir Murad Niftaliyevlə olan söhbət əsnasında öyrənirəm ki, Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətində döyüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

2014-cü ildən xidmətdə olan feldşer gizir Dilqəm Qaraşov sözə, "Vətən müharibəsində biz bütün dünyaya Azərbaycan xalqının necə qüdrətli bir xalq olduğunu göstərdik", deyərək başladı. "O günlərdə tibb işçiləri qorxmadan müharibənin dəhşətli nəticələrinin aradan qaldırılması üçün çalışdılar. Peşəkar həkimlərimizin sayəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. Ürəyi Vətən eşqi, torpaq sevgisi ilə döyünən, əllərindən gələn hər şeyi etməyə hazır olan həkimlərimiz böyük şücaət göstərdilər. Güllə yağışı altında öz vəzifəsini yerinə yetirməkdən çəkinməyən cəsur həkimlərimiz döyüşən hərbçilərimizin sağlamlığının keşiyində dayandılar. Bundan sonra da qalib ordunun sıralarında xidmətimizi layiqincə davam etdirəcəyik".

Feldşer gizir Dilqəm Qaraşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Tibb bacıları Sənubə Hüseynova və Elza Bayramova 2018-ci ildən bu məntəqədə çalışırlar. Özlərini Vətən keşiyində duran oğullara ana-bacı bilən bu xanımların xəstələrə mehribanlığının, səmimiyyətinin, hər bir xəstəyə öz doğması kimi qulluq göstərməsinin də şahidi olduq.

Məntəqədə müalicə olunan əsgərlər Pünhan Nərimanov, Elçin Bəkirli, Ülvü Məmmədov və başqaları onlar üçün yaradılan müasir şəraitə görə minnətdarlıqlarını bildirərək həkimlərin, tibb bacılarının diqqət və qayğısından razılıq etdilər.

Günay Tağiyeva "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

"Tibb işçiləri qorxmadan müharibənin dəhşətli nəticələrinin aradan qaldırılması üçün çalışdılar" - Gizir feldşer

2021/12/802a8-1638600980.jpg
Oxunub: 828     11:39     04 Dekabr 2021    

Bizi "telegram"da izləyin