Malidə silahlıların hücumu nəticəsində 31 mülki şəxs öldürülüb

2021/08/_1056-1629372116.jpg
Oxunub: 760     10:32     04 Dekabr 2021    
Malidə silahlıların avtobusa hücumu nəticəsində azı 31 mülki şəxs həlak olub, daha 8 nəfər yaralanıb.

Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum ölkənin şərqində Bandiaqara şəhəri (Mopti əyaləti) yaxınlığında baş verib.

Bundan əvvəl BMT-nin Malidəki Sabitləşmə Missiyası naməlum şəxslərin təşkilatın avtomobil karvanını atəşə tutması, nəticədə sülhməramlılarla əməkdaşlıq edən bir mülki şəxsin həlak olduğunu, digərinin isə yaralandığını bildirib.

Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal qrupların yaraqlıları arasında silahlı qarşıdurma 2012-ci ildə başlayıb. Malidəki qarşıdurmanın qarşısını almaq üçün BMT-nin sülhməramlı missiyası yerləşdirilib. BMT sülhməramlıları isə mütəmadi olaraq silahlıların hücumuna məruz qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Hücum  


Malidə silahlıların hücumu nəticəsində 31 mülki şəxs öldürülüb

2021/08/_1056-1629372116.jpg
Oxunub: 761     10:32     04 Dekabr 2021    
Malidə silahlıların avtobusa hücumu nəticəsində azı 31 mülki şəxs həlak olub, daha 8 nəfər yaralanıb.

Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum ölkənin şərqində Bandiaqara şəhəri (Mopti əyaləti) yaxınlığında baş verib.

Bundan əvvəl BMT-nin Malidəki Sabitləşmə Missiyası naməlum şəxslərin təşkilatın avtomobil karvanını atəşə tutması, nəticədə sülhməramlılarla əməkdaşlıq edən bir mülki şəxsin həlak olduğunu, digərinin isə yaralandığını bildirib.

Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal qrupların yaraqlıları arasında silahlı qarşıdurma 2012-ci ildə başlayıb. Malidəki qarşıdurmanın qarşısını almaq üçün BMT-nin sülhməramlı missiyası yerləşdirilib. BMT sülhməramlıları isə mütəmadi olaraq silahlıların hücumuna məruz qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Hücum  


Bizi "telegram"da izləyin