Erməni hərbi ekspert: “Qarabağı təhvil verənlər 2018-ci ilin iyunundan Qarabağı ələ keçirib saxlayanıları təqib edirdilər”

2021/12/456gh-1638525088.jpg
Oxunub: 1117     17:35     03 Dekabr 2021    
“Qarabağı təhvil verənlər 2018-ci ilin iyunundan Qarabağı ələ keçirib saxlayanıları təqib edirdilər”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin dağıdıcı, məhvedici mübarizəsinə görə ermənilər Qarabağın böyük hissəsini itirdilər və bu gün nəinki Qarabağın qalan hissəsinin, ümumiyyətlə Ermənistan dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında dayanıblar.

“Sual odur ki, torpaqverənlərin artıq torpaq verə bilməməsi, torpağı qoruyanları həbsə ata bilməməsi, ölkəni məhv edə bilməməsi üçün nə edirik”, - deyə Vrtanesyan qeyd edib.

Erməni hərbi ekspert vurğulayıb ki, bir ildə Ermənistanda çox şey eşidib.

“Bir ildə o qədər “Küçəyə çıxardım, amma bunlarla yox” sözlərini çox eşitmişəm. “Bunlar” şərti olaraq keçmiş hakimiyyət nümayəndələri, yəni Ermənistan Respublikaçılar Partiyası, Daşnaksütun, Tsarukyan, Vazgen Manukyan, Vanetsyan və Köçəryandır “, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Erməni-hərbi-ekspert   Vrtanesyan  


Erməni hərbi ekspert: “Qarabağı təhvil verənlər 2018-ci ilin iyunundan Qarabağı ələ keçirib saxlayanıları təqib edirdilər”

2021/12/456gh-1638525088.jpg
Oxunub: 1118     17:35     03 Dekabr 2021    
“Qarabağı təhvil verənlər 2018-ci ilin iyunundan Qarabağı ələ keçirib saxlayanıları təqib edirdilər”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin dağıdıcı, məhvedici mübarizəsinə görə ermənilər Qarabağın böyük hissəsini itirdilər və bu gün nəinki Qarabağın qalan hissəsinin, ümumiyyətlə Ermənistan dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında dayanıblar.

“Sual odur ki, torpaqverənlərin artıq torpaq verə bilməməsi, torpağı qoruyanları həbsə ata bilməməsi, ölkəni məhv edə bilməməsi üçün nə edirik”, - deyə Vrtanesyan qeyd edib.

Erməni hərbi ekspert vurğulayıb ki, bir ildə Ermənistanda çox şey eşidib.

“Bir ildə o qədər “Küçəyə çıxardım, amma bunlarla yox” sözlərini çox eşitmişəm. “Bunlar” şərti olaraq keçmiş hakimiyyət nümayəndələri, yəni Ermənistan Respublikaçılar Partiyası, Daşnaksütun, Tsarukyan, Vazgen Manukyan, Vanetsyan və Köçəryandır “, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Erməni-hərbi-ekspert   Vrtanesyan  


Bizi "telegram"da izləyin