Erməni politoloq: “Təkcə 9 ayda 103 mindən çox insan Ermənistanı tərk edib”

2021/12/456hj-1638524999.jpg
Oxunub: 802     11:55     04 Dekabr 2021    
“2021-ci ilin 9 ayı ərzində daimi əhalinin təxminən 4 faizi respublikadan mühacirət edib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Vladimir Martirosyan yazıb.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyətinin siyasi iflasının ən gözəl dəlillərindən biri təkcə təhlükəsizlik qısırlığı, qiymət artımı və yoxsulluğun artması deyil, həm də bütün bunlar nəticəsində köhnələn dövlət və bunun ən yaxşı sübutu sayılan mühacirətdir.

Martirosyan qeyd edib ki, rəsmi statistikaya görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanın sərhəd-keçid məntəqələrinə daxil olan və çıxanlar arasında fərq 103571 nəfər təşkil edib.

“Yəni təkcə 9 ayda 103 mindən çox insan respublikanı tərk edib. Bu hələ tam, illik mənzərə deyil. Bu, 2010-cu ildən bəri mühacirət baxımından ən pis göstəricidir. P.S. 103000 nəfər. Aylıq olaraq 11444 nəfər, həftəlik olaraq 2888 şəxs, gündəlik olaraq 380 erməni, 9 ay ərzində təxminən 20000 erməni ailəsi “gələcək var”ı tərk edib”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mühacirət  


Erməni politoloq: “Təkcə 9 ayda 103 mindən çox insan Ermənistanı tərk edib”

2021/12/456hj-1638524999.jpg
Oxunub: 803     11:55     04 Dekabr 2021    
“2021-ci ilin 9 ayı ərzində daimi əhalinin təxminən 4 faizi respublikadan mühacirət edib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Vladimir Martirosyan yazıb.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyətinin siyasi iflasının ən gözəl dəlillərindən biri təkcə təhlükəsizlik qısırlığı, qiymət artımı və yoxsulluğun artması deyil, həm də bütün bunlar nəticəsində köhnələn dövlət və bunun ən yaxşı sübutu sayılan mühacirətdir.

Martirosyan qeyd edib ki, rəsmi statistikaya görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanın sərhəd-keçid məntəqələrinə daxil olan və çıxanlar arasında fərq 103571 nəfər təşkil edib.

“Yəni təkcə 9 ayda 103 mindən çox insan respublikanı tərk edib. Bu hələ tam, illik mənzərə deyil. Bu, 2010-cu ildən bəri mühacirət baxımından ən pis göstəricidir. P.S. 103000 nəfər. Aylıq olaraq 11444 nəfər, həftəlik olaraq 2888 şəxs, gündəlik olaraq 380 erməni, 9 ay ərzində təxminən 20000 erməni ailəsi “gələcək var”ı tərk edib”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mühacirət  


Bizi "telegram"da izləyin