Ermənistanın “Sisakan” dəstəsinin komandiri niyə həbs olunub?

2021/12/fgjgh-1638524972.jpg
Oxunub: 1008     19:21     03 Dekabr 2021    
Ermənistan Cinayət Məhkəməsinin Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın qərarı ilə “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, hakim bu qanunsuz qərarı siyasi qərar nəticəsində qəbul edib.

“Göstəriş verən də bəllidir, bu şəxs Nikol Paşinyandır. “Nikol niyə rəqiblərini cinayət-siyasi təqibə məruz qoyur?” sualı aktuallığını itirib. Hamıya da məlumdur ki, o, bütün bunları iki əsas səbəbə görə edir: qorxu və siyasi haqq-hesab”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, Nikol Paşinyanda olan qorxu hökumət əleyhinə fəaliyyətlərlə birləşir: “Bu da saxta işlərin açılmasını tələb edir. Bu uydurma işlərə görə Zəngəzurun icma başçıları həbs ediliblər. İndi də o, Aşot Minasyanın arasınca düşüb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Erməni-komandir   Həbs  


Ermənistanın “Sisakan” dəstəsinin komandiri niyə həbs olunub?

2021/12/fgjgh-1638524972.jpg
Oxunub: 1009     19:21     03 Dekabr 2021    
Ermənistan Cinayət Məhkəməsinin Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın qərarı ilə “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, hakim bu qanunsuz qərarı siyasi qərar nəticəsində qəbul edib.

“Göstəriş verən də bəllidir, bu şəxs Nikol Paşinyandır. “Nikol niyə rəqiblərini cinayət-siyasi təqibə məruz qoyur?” sualı aktuallığını itirib. Hamıya da məlumdur ki, o, bütün bunları iki əsas səbəbə görə edir: qorxu və siyasi haqq-hesab”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, Nikol Paşinyanda olan qorxu hökumət əleyhinə fəaliyyətlərlə birləşir: “Bu da saxta işlərin açılmasını tələb edir. Bu uydurma işlərə görə Zəngəzurun icma başçıları həbs ediliblər. İndi də o, Aşot Minasyanın arasınca düşüb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Erməni-komandir   Həbs  


Bizi "telegram"da izləyin