İran və Türkiyə prezidentlərinin təcili görüşü: Moskva hesabları qarışdırır?

2021/11/54645-1638271712.jpg
Oxunub: 1280     16:39     30 Noyabr 2021    
Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı çərçivəsində Türkiyə və İran prezidentləri Ərdoğan və Rəisi arasında təxminən 30 dəqiqə davam edən görüş baş tutdu. Bu, İranın yeni prezidentinin andiçmə mərasimindən sonra ilk şəxsi söhbət idi. Maraqlıdır ki, əvvəlcədən həmin görüşdən söz açılmayıb. Üstəlik, noyabrın ilk ongünlüyündə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrana səfər edəndə Ərdoğanın İrana gözlənilən səfəri açıqlansa da, yaxın günlərdə Aşqabadda keçiriləcək Assambleyada onların mümkün görüşündən söz açılmayıb. Müvafiq olaraq, belə qənaətə gəlmək olar ki, Aşqabadda bir qədər təcili, lazımlı görüş baş tutub. Və burada Aşqabaddakı görüşün Rusiya prezidenti Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən bir gün sonra Soçidə baş tutması diqqət çəkir.

Soçidən sonra Ərdoğan və Rəisi arasında təcili görüşə ehtiyac vardı? Hər halda, çox diqqətəlayiqdir ki, görüşlə bağlı əsaslı məlumatlara əsasən həm Ərdoğan, həm də Rəisi regional məsələlərin regional miqyasda həll edilməli olduğu fikri ilə razılaşıb. Ankara və Tehran niyə Soçidə keçirilən üçtərəfli görüşdən sonra Assambleyanın Aşqabad platformasından istifadə edərək, regional format və ya “3+3” deyilən formatı xatırlatmaq üçün ən yüksək səviyyədə görüşmək qərarına gəliblər? Kimə, nəyi xatırladırlar? Rusiyaya? Bəs Rusiya “3+3”ün tərəfdarı kimi görünmür və hətta tələsmək lazım olduğunu bəyan etmirmi? Burada bütün məqam ondan ibarətdir ki, Rusiyanın bu ictimai bəyanatları altında real siyasi niyyətlərin tamam fərqli strukturu var. Rusiyanın praktiki olaraq regional məsələləri “3+3”lə məhdudlaşdırmaq niyyəti yoxdur. Rusiyanın vəzifəsi xüsusi regional hərbi-siyasi rola nail olmaqdan ibarətdir - bundan Qərblə və ya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə yeni dünya düzəni ilə bağlı yeni razılaşmalardan yararlanmaq və beləliklə, Rusiyanın Qafqazada “statusunu” bərpa etməkdir.

Soçi görüşü üçtərəfli ölçüdə daha bir mərhələ olmaqla yanaşı, bəlkə də bundan da artıqdır, əslində Türkiyə və İran arasında narahatlıq yaradan və Ərdoğan-Rəisi görüşünə səbəb olan daha geniş bir prosesin bir hissəsidir. Üstəlik, burada başqa bir hal diqqətəlayiqdir. Gürcüstan-Rusiya danışıqlarının növbəti raundu Soçidən əvvəl, onlayn rejimdə baş tutub.

Gürcü müzakirəçi Abaşidze və rusiyalı müzakirəçi Karasin ikitərəfli məsələləri, o cümlədən Gürcüstan-Rusiya danışıqlarının gündəliyində olan yollar məsələsini müzakirə ediblər. Və həmin görüşdən sonra Abaşidze bir daha bəyan etdi ki, Gürcüstan “3+3”də iştirak etməyəcək. Maraqlı mənzərə ondan ibarətdir ki, Tbilisi birbaşa Moskva ilə danışıqlar aparır, hətta baş nazir səviyyəsində daha yüksək səviyyəli danışıqlara hazır olduğunu bəyan edir, lakin Rusiya ilə regional ölçüyə malik platformada olmayacağını bəyan edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Türkiyə   Moskva  

İran və Türkiyə prezidentlərinin təcili görüşü: Moskva hesabları qarışdırır?

2021/11/54645-1638271712.jpg
Oxunub: 1281     16:39     30 Noyabr 2021    

Bizi "telegram"da izləyin