Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı

2020/05/vzriv-1589022045.jpg
Oxunub: 4263     12:35     30 Noyabr 2021    
Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda 41 yaşlı Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.

Ordu.az "İctimai TV"yə istinadən xəbər verir ki, N.Mamedovun minaya düşdüyü yerin görüntüləri yayılıb. Videoda həmin şəxsin sürünərək hadisə yerindən çıxmağa çalışması görünür. Görüntünü çəkən şəxslər minaya düşən kimi N.Mamedovun ayağını itirdiyini qeyd ediblər.

Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Ordu.az həmin videogörüntüləri təqdim edir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mina   Cəbrayıl  


Bizi "telegram"da izləyin