“ExpoDefensa 2021”: ABŞ şirkəti özünün tam diapazonlu PUA-larını və “gəzən sursat”larını nümayiş etdirir

2021/11/AeroV-1638255286.jpg
Oxunub: 735     16:25     30 Noyabr 2021    
Amerikanın “AeroVironment” şirkəti Kolumbiyada keçirilən “ExpoDefensa 2021” Müdafiə və Təhlükəsizlik Sərgisində “Quantix” adlı kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatını (PUA) və “Switchblade 300” “gəzən sursatı”nı nümayiş etdirib.

Ordu.azz xəbər verir ki, bu barədə “Army recognition” nəşri yazıb.

“Quantix” sürətli, avtomatlaşdırılmış kəşfiyyatı və səssiz məlumat toplamanı təmin edən güclü, istifadəsi asan PUA-dır. Normalda tam avtomatlaşdırılmış uçuş və eniş funksiyaları ilə xəritəçəkmə və kəşfiyyat işləri asan deyil, lakin onu, hətta ilk dəfə istifadə edənlər də uğurla idarə edə bilərlər. “Quantix” sürətli missiyanın planlaşdırılması və yoxlanılması üçün dəqiqələr ərzində dəqiq, müasir xəritələr təqdim edir.


Sahədə və ya sabit müdafiə mövqelərindən ənənəvi və ya xüsusi əməliyyat qüvvələrinə dəstək verən, döyüşdə sübut edilmiş “Switchblade 300” uzaq hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş ideal “gəzən sursat”dır. Hava, dəniz və ya quru platformalarından sürətlə buraxıla bilən “Switchblade 300” artan öldürücülük, əlçatanlıq və dəqiq zərbə imkanlarına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


“ExpoDefensa 2021”: ABŞ şirkəti özünün tam diapazonlu PUA-larını və “gəzən sursat”larını nümayiş etdirir

2021/11/AeroV-1638255286.jpg
Oxunub: 736     16:25     30 Noyabr 2021    
Amerikanın “AeroVironment” şirkəti Kolumbiyada keçirilən “ExpoDefensa 2021” Müdafiə və Təhlükəsizlik Sərgisində “Quantix” adlı kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatını (PUA) və “Switchblade 300” “gəzən sursatı”nı nümayiş etdirib.

Ordu.azz xəbər verir ki, bu barədə “Army recognition” nəşri yazıb.

“Quantix” sürətli, avtomatlaşdırılmış kəşfiyyatı və səssiz məlumat toplamanı təmin edən güclü, istifadəsi asan PUA-dır. Normalda tam avtomatlaşdırılmış uçuş və eniş funksiyaları ilə xəritəçəkmə və kəşfiyyat işləri asan deyil, lakin onu, hətta ilk dəfə istifadə edənlər də uğurla idarə edə bilərlər. “Quantix” sürətli missiyanın planlaşdırılması və yoxlanılması üçün dəqiqələr ərzində dəqiq, müasir xəritələr təqdim edir.


Sahədə və ya sabit müdafiə mövqelərindən ənənəvi və ya xüsusi əməliyyat qüvvələrinə dəstək verən, döyüşdə sübut edilmiş “Switchblade 300” uzaq hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş ideal “gəzən sursat”dır. Hava, dəniz və ya quru platformalarından sürətlə buraxıla bilən “Switchblade 300” artan öldürücülük, əlçatanlıq və dəqiq zərbə imkanlarına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin