“Bayraktar TB2” PUA-ları rekord qırmağa davam edir

2021/11/FBwRy-1638254793.jpg
Oxunub: 1429     12:31     30 Noyabr 2021    
Türkiyə müdafiə sənayesinin ən böyük nailiyyətlərindən biri olan “Bayraktar TB2” zərbə PUA-ları öz rekordunu təzələyərək 400 min uçuş saatını geridə qoyub.

Ordu.az xəbər verir ki, bu barədə PUA-ları istehsal edən “Baykar” şirkəti məlumat yayıb.

“Bayraktar TB2” 2014-cü ildən bəri Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən daxildə və xaricdə terrorla mübarizədə fəal şəkildə istifadə olunur.

İndiyədək istehsal edilən 257 “Bayraktar TB2” Türkiyə Azərbaycan, Qətər və Ukrayna da daxil olmaqla bir çox ölkənin inventarında istismar olunur.

Suriya, Liviya və Azərbaycanda özünü doğrultmuş TB2 ilə bağlı ümumilikdə 13 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bayraktar  


Bizi "telegram"da izləyin