ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə edib

2021/07/ssas-1626428863.jpg
Oxunub: 997     20:05     29 Noyabr 2021    
ABŞ Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına dəstəyini bir daha təsdiqləyir.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Riqada keçiriləcək NATO-nun Xarici İşlər Nazirləri toplantısından öncə yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ 2008-ci ildə NATO-nun Buxarest sammitində qəbul edilən və Gürcütanla Ukraynanın Alyansın üzvü olacağı qeyd olunan sənədi dəstəkləməkdə davam edir. Bu ölkələrin illik milli proqramlarında NATO-ya inteqrasiya yolunun ətraflı əks edildiyi vurğulanıb.

Qeyd edək ki, NATO XİN başçılarının iclası Riqada noyabrın 30-da keçiriləcək. Gürcüstanı toplantıda Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani təmsil edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan   Ukrayna  


Bizi "telegram"da izləyin