Ukrayna XİN Ərdoğanın Kiyevlə Moskva arasında vasitəçilik təşəbbüsünə münasibət bildirib

2021/11/555-1638201823.jpg
Oxunub: 595     19:18     29 Noyabr 2021    
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında münasibətlərin normallaşması üçün vasitəçilik təklifinə münasibət bildirib.

Ordu.az-ın xəbərinə görə, D. Kuleba "ZOOM" vasitəsilə xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, Ukrayna ilə Türkiyə arasında mükəmməl əlaqələr var: “Ölkələrimizin prezidentləri arasında bir-birinə qarşı çox yüksək səviyyədə etimad var”. Onun sözlərinə görə, Ukrayna heç vaxt dialoqu təbliğ edən təşəbbüslərə qarşı olmayıb, əksinə hər zaman bunu dəstəkləyib.

“Biz regionda bu müharibəyə son qoyacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək bütün təşəbbüsləri və bu təşəbbüslər çərçivəsində səylərin koordinasiyasını alqışlayır, xoş qarşılayırıq. Ancaq, eyni zamanda, onu da vurğulyırıq ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı razılaşmanı qəbul etməyəcəyik", -deyə Ukrayna XİN başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Rusiya   Ərdoğan  


Ukrayna XİN Ərdoğanın Kiyevlə Moskva arasında vasitəçilik təşəbbüsünə münasibət bildirib

2021/11/555-1638201823.jpg
Oxunub: 596     19:18     29 Noyabr 2021    
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında münasibətlərin normallaşması üçün vasitəçilik təklifinə münasibət bildirib.

Ordu.az-ın xəbərinə görə, D. Kuleba "ZOOM" vasitəsilə xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, Ukrayna ilə Türkiyə arasında mükəmməl əlaqələr var: “Ölkələrimizin prezidentləri arasında bir-birinə qarşı çox yüksək səviyyədə etimad var”. Onun sözlərinə görə, Ukrayna heç vaxt dialoqu təbliğ edən təşəbbüslərə qarşı olmayıb, əksinə hər zaman bunu dəstəkləyib.

“Biz regionda bu müharibəyə son qoyacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək bütün təşəbbüsləri və bu təşəbbüslər çərçivəsində səylərin koordinasiyasını alqışlayır, xoş qarşılayırıq. Ancaq, eyni zamanda, onu da vurğulyırıq ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı razılaşmanı qəbul etməyəcəyik", -deyə Ukrayna XİN başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Rusiya   Ərdoğan  


Bizi "telegram"da izləyin