Erməni politoloq: “Sanki Azərbaycan və Ermənistan arasında münaqişə problemi mövcud deyil”

2021/11/timth-1638182390.jpg
Oxunub: 1181     19:19     29 Noyabr 2021    
“Siyasətdə sonra mətbuat üçün nə deyildiyi yox, sənədlərdə nə qeyd edildiyi vacibdir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.

Onun sözlərinə görə, üçtərəfli görüşün sənədli əksi onu göstərir ki, Qarabağ məsələsinin yeni platformaya qoyulması və ya yeni çərçivədə müzakirəsi üçün həll yolu yoxdur.

Martirosyan bildirib ki, Qarabağ məsələsinə toxunulmayıb, sanki Azərbaycan və Ermənistan arasında münaqişə problemi mövcud deyil.

“Bu baxımdan aramızda səssiz söhbətə gedirik, əsas məsələ isə Ermənistanla Azərbaycan arasında ərazi mübahisələri məsələsi olur, bunu da delimitasiya və demarkasiya anlayışları vasitəsilə aradan qaldırmağa çalışırlar”, - deyə erməni politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin