Peskovun bəyanatı çaxnaşma yaratdı: Paşinyan strateji müttəfiqin kim olduğunu unudub

2021/10/8788-1634812251.jpg
Oxunub: 2131     16:27     29 Noyabr 2021    
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskov bəyan edib ki, Moskva ABŞ prezidentinin Demokratiyanın Müdafiəsi Assambleyası təşəbbüsünə mənfi yanaşır. Peskovun sözlərinə görə, bu, dünyanı yaxşı və pisə ayıran yeni ayırıcı xətlərin təşəbbüsüdür. Onun sözlərinə görə, onlar 90-cı illərdən bu ayırıcı xətləri aradan qaldırmaq üçün mübarizə aparırlar. Peskov kimlə döyüşdüklərini açıqlamayıb.

Məsələ burasındadır ki, 1990-cı illərdə Rusiyada ayırıcı xətləri hamarlamaq və neytrallaşdırmaq meyllərini özündə ehtiva edən siyasət var idi, Rusiya demokratik, liberal məntiqə əməl etməyə çalışırdı ki, bu da Qərblə müəyyən biznes kombinasiyasına gətirib çıxarırdı. Lakin 1990-cı illərin sonlarında Sovet İttifaqının dağılmasını 20-ci əsrin geosiyasi fəlakəti kimi qəbul edən və əslində həmin “fəlakətin” nəticələrini aradan qaldırmağa çalışan bir adamla Rusiyada sovet nostaljisi zəfərlə qalib gəldi. Sovet təsir dairələrini Rusiya altına toplamağa başladılar. Bu, Qərblə qarşıdurmanın dərinləşməsinə və yeni kataklizmlərə gətirib çıxardı. Bunların arasında Qarabağ məsələsi də var idi.

Şübhə yoxdur ki, Demokratiyanın Müdafiəsi Assambleyası Amerikanın geosiyasi strategiyasının elementidir. Digər tərəfdən, bu strategiya Rusiyanın təsir və ya məsuliyyət zonası hesab edilən regionda mövcud olan mürəkkəb, ziddiyyətli və hətta böhranlı təhlükəsizlik mühitində Qafqaz ölkələri üçün fürsəti ehtiva edir.

Məsələ ondadır ki, Peskovun bəyanatı ABŞ-ın təşəbbüsü ilə qurulan Assambleyada Ermənistanın iştirakına qarşı olduğunu ifadə edir. Assambleya onlayn rejimdə olacaq və orada KTMT üzvü Ermənistan da iştirak edəcək. Peskovun Rusiya-ABŞ geosiyasi qarşıdurması fonunda verdiyi bəyanat Ermənistanı hədəfə alır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin